Operativ Qərargahdan son dəqiqə: Yeni ölüm və yoluxma faktları var

Cəmiyyət

27.04.2020 - 16:12

Həkimlər Klinikalar SEO Xidməti

Ölkədə 33 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 23 nəfər sağalaraq evə buraxılıb

 

Azərbaycan Respublikasında 33 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 23 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə AYNA-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

 

Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, 1960-cı il təvəllüdlü vətəndaş vəfat edib.

 

Hazırkı dövrədək ölkəmizdə 1678 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1162 nəfər müalicə olunaraq sağalıb, 22 nəfər vəfat edib, 494 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 17 nəfərin vəziyyəti ağır, 26 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

 

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 128.807 test aparılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş