Neftin dünya bazarındakı qiyməti müzakirə olunacaq
Noyabrın 30-da Neft İxrac Edən Ölkələrin Təşkilatı (OPEC) dünya bazarında neftin qiymətini müzakirə edəcək. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, üzv dövlətlərin nümayəndələrinin iştirakı ilə 1 gündə 4 iclas baş tutacaq.
Bazar günü saat 13:00-da (Bakı vaxtı ilə 10.00) nazirlərin görüşü, sonra təşkilatın monitorinq komitəsinin, ardınca OPEC+ ölkələrinin nazirlərinin, sonda isə alyansın 8 üzvünün xüsusi iclası gözlənilir.
Dünya bazarında neftin qiymətində eniş tendensiyasını nəzərə alınarsa, üzv dövlətlərin hasilatı əvvəlki səviyyədə saxlayacaqları barədə razılıq əldə edəcəkləri gözlənilir. OPEC bir neçə il ardıcıl olaraq hasilatın aşağı səviyyədə saxlanılmasına nail oldu ki, qiymətlər sabit qalsın. Lakin təşkilat cari ilin aprel ayında hasilatı artırmaq qərarına gəldi ki, bu da dünya bazarında neftin qiymətinin enməsi ilə nəticələndi.