Onlar qəbul imtahanlarında ən yüksək nəticə göstəriblər – <font color=red> FOTOLAR</font>

Aktual

04.09.2020 - 11:32

Hər biri 400 bal toplayıb

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin 5 məzunu I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarından maksimum nəticə əldə edib.

 

Bu barədə AYNA-ya BŞTİ-dən məlumat verilib. Belə ki, avqustun 20-21-də keçirilmiş qəbul imtahanlarının (XI sinif üzrə) nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki 114, 166, 229, 284, 311 nömrəli tam orta məktəblərin məzunları Həsənbala Əliyev, Səbuhi Bürcəliyev, Məhəmməd Ağakişiyev, Oktay Nəbiyev və Səbuhi Hüseynov 400 bal toplayıblar.

 

Qeyd edək ki, bu mərhələdə toplanıla biləcək maksimal bal 400-dür. Ali məktəblərə qəbul imtahanlarının bu mərhələsində maksimum nəticə göstərmiş abituriyentlərlə bərabər, onlardan elə də geri qalmayan minlərlə digər abituriyent də yüksək nəticə əldə edib.

Müəllif: Ayna.az