Omanın XİN başçısı: “ABŞ-İran danışıqlarında əhəmiyyətli irəliləyiş var”

Dünya

27.02.2026 - 15:18

“Məsləhətləşmələrin son mərhələsi müsbət nəticələrlə başa çatıb”

“ABŞ-İran danışıqlarında əhəmiyyətli irəliləyiş var”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri Omanın xarici işlər naziri Əl-Busaidi deyib.

Nazir bildirib ki, “məsləhətləşmələrin son mərhələsi müsbət nəticələrlə başa çatıb”.

"Məsləhətləşmələrdən qısa müddət sonra müvafiq ölkələrin paytaxtlarında danışıqları bərpa edəcəyik. Texniki səviyyəli müzakirələr gələn həftə Vyanada keçiriləcək", - deyə qeyd edib.

Nazir həmçinin əlavə edib ki, səylərinə görə bütün maraqlı tərəflərə - danışıq aparanlara, MAQATE-yə və ev sahibi ölkə olan İsveçrə hökumətinə minnətdardır.

Qeyd edək ki, dünən ABŞ-İran danışıqları Cenevrədə Omanın vasitəçiliyi ilə aparılıb. Danışıqlarda İranı əvvəllər yeni müqavilə bağlamaq üçün "tarixi fürsət" elan etmiş xarici işlər naziri Abbas Əraqçi təmsil edib.

Danışıqların əsas mövzusu İranın nüvə proqramı olaraq qalır. ABŞ uranın zənginləşdirilməsinin tamamilə dayandırılmasında və mövcud ehtiyatların çıxarılmasında, eləcə də ballistik raket proqramının ləğvində və bölgədəki müttəfiq silahlı qruplara dəstəyin dayandırılmasında israr edir. Tehran isə öz növbəsində dinc nüvə texnologiyaları inkişaf etdirmək hüququnu təsdiqləyir.

Əvvəlki danışıqlar raundları 6 fevralda Maskatda və 17 fevralda Cenevrədə baş tutub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş