Omandan İranın nüvə problemi ilə bağlı təklif: uran konsorsiumu təklif edir

Dünya

01.06.2025 - 22:45

cedabet dərman SEO Xidməti

"Uran zənginləşdirmə konsorsiumunun obyektlərinin harada yerləşəcəyi böyük sual olaraq qalır"

Oman İranın nüvə problemini həll etmək üçün MAQATE və ABŞ-ın nəzarəti altında uranın zənginləşdirilməsi üzrə regional konsorsiumun yaradılmasını təklif edib. AYNA.AZ xəbər verir ki, bu barədə “Axios” portalı məlumatlı mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, Vaşinqtonun dəstəklədiyi bu ideyanı İranın xarici işlər naziri Abbas Əraqçiyə omanlı həmkarı şənbə günü Tehranda keçirilən görüşdə çatdırıb.

"Uran zənginləşdirmə konsorsiumunun obyektlərinin harada yerləşəcəyi böyük sual olaraq qalır", - portal yazıb.

Vəziyyətlə tanış olan mənbə portala deyib ki, “ABŞ konsorsiumun İrandan kənarda olmasını istəyir”.

Nəşr qeyd edib ki, Oman həmçinin ABŞ-a İranın uranı zənginləşdirmək hüququnu tanımaq və eyni zamanda, Tehranın zənginləşdirmə işlərini dayandırmağı təklif edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş