Ölkəyə əcnəbi tibb mütəxəssisləri cəlb olunub

Xəbərlər

10.07.2020 - 17:33

Onlar Azərbaycanda koronavirusla mübarizədə tövsiyələrini verəcəklər

 

Azərbaycandakı xəstələrin müalicəsi üçün xaricdən mütəxəssislər cəlb olunub. AYNA xəbər verir ki, bunu TƏBİB-in rəsmisi Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində deyib.

 

“Azərbaycana xaricdən həkimlərin gətirilməsində "Gilan holdinq", "Pasha holdinq" və "Azərbaycan Beynəlxalq Bankı" dəstək göstərib”, - o vurğulayıb.

Müəllif: Ayna.az