Ölkədə karantin rejimini pozan 36 min nəfərdən çox adam cəzalandırılıb

Cəmiyyət

23.04.2020 - 10:47

Həkimlər Klinikalar SEO Xidməti

Son bir sutka ərzində 1 208 nəfər inzibati məsuliyyətə cəlb edilib

 

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 22.04.2020-ci il saat 00:00-dan 23.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1 208 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

 

Bu barədə AYNA-ya Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Məlumata görə, ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 36 364 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş