Ölkə karantinə alındı: Əlavə tələblər də var

Xəbərlər

24.03.2020 - 01:35

Həkimlər Klinikalar SEO Xidməti

"Ölkə daxilində virusun "gəzişməsi" təhlükəlidir, çox təhlükəli, ona görə son karantin qərarını dəstəkləyək"

 

Nazirlər Kabineti koronavirus  infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə Azərbaycanda xüsusi rejim tətbiq edilməsi haqda qərar qəbul etdi. Qərara əsasən, Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edildi. 

 

Nazirlər Kabineti yanında Operativ Qərargahın son iclasının ardınca, ölkənin bir sıra ziyalısı karantin rejiminin davamı olaraq müəyyən təkliflər irəli sürdülər. AYNA həmin təkliflərdən bəzilərini təqdim edir:

 

Qulu Məhərrəmli: “Ölkədə virus epidemiyasının qarşısını almaq üçün NK-nın elan etdiyi KARANTİN rejimi gərəkli və zəruri addımdır. Amma bu şəraitdə aşağıdakı işlərin də görülməsi vacibdir:

 

1) Maarifləndirmə işləri gücləndirilməlidir.

 

2) Bakı və digər iri şəhərlərin apteklərindəki maska və spirt çatışmazlığı təcili aradan qaldırılmalıdır.

 

3) Vəziyyətdən sui-istifadə edən maska-spirt işbazları sərt cəzalandırılmalıdır.

 

4) Təhlükəsizlik naminə vətəndaş məsuliyyəti artırılmalıdır.

 

5) Polis orqanlarının şəraitdən sui-istifadəsinə yol verilməməlidir.

 

6) Xırda sahibkarlara, kredit ödəyənlərə, heç bir yardım almayanlara real kömək üçün mexanizmlər tapılmalıdır.

 

7) Tənha yaşayan yaşlı insanlara gündəlik qayğı göstərilməlidir və s.”.

 

Ələsgər Əhmədoğlu: “Koronavirusla mübarizə çərçivəsində bu gün NK yanında operativ Qərargahdan yayılan məlumatdan anlaşılan budur ki, xüsusi rejim deyəsən Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna tətbiq edilib. Məhz bura giriş və çıxış məhdudlaşdırılıb. Astarada yaşayan birinin Qazaxa qədər, Balakənə qədər bütün Qarabağı, Aranı, Şirvanı keçib getməsi virusu yoluxdurmaz, Sadəcə "Boz çöllərə" girişi qadağandır.

 

Operativ Qərargahın xəstəliyə daxildə yoluxma xəritəsinin israrla gizlədilməsindən iki məntiqi nəticə çıxır:

 

1. Xəstəlik ya Abşeron yarmadasında daha ciddidir ki, onun kənara yayılması önlənilir?

 

2. Xəstəlik Sadəcə Abşeron yarmadasında yoxdur, ordakıları üstün qoruma altına alırlar. Qalan regiondakılara nə olursa-olsun, fərq etməz?

 

Nə zaman tam dərk ediləcək ki, bu xəstəliklə mübarizədə birinci effektiv metod, obyektiv informasiyanı ilk mənbədən operativ yaymaqdır, o zaman daha ciddi nəticələr əldə etmək mümkün olacaq. İstənilən informasiyanın gizlədilməsi, (cəmi 63 xəstə var - bunun regionunu açıqlamağa ehtiyac yoxdur deyilməsi) dezinformasiya üçün də, məsuliyyətsiz davranış üçün də münbit şərait yaradır”.

 

Adil İsmayılov: “Dünən yazdım ki, ölkədə virusa qarşı görülən tədbirlər barədə ictimaiyyət məlumatlandırılmalıdır, məsələn, cəmi neçə nəfərin testdən keçirilməsi mənə maraqlıdır. İndicə AzTV-dəki brifinqdə Səhiyyə nazirinin müavini Viktor Qasımov dedi ki, indiyədək 10 min nəfərə yaxın şəxs test olunub, 1000 nəfərə yaxın şəxs karantindədir. 72 nəfərdə xəstəlik aşkar olunub.

 

Müqayisə üçün heç bir nümunə gətirmək istəmirəm. Kim istəsə, özü axtarıb tapa bilər. Amma bir məqamı deməliyəm. 10 milyon nəfərdən çox əhalisi olan ölkədə cəmi 10 min nəfərin testdən keçirilməsi səhiyyənin və virusla mübarizənin hansı durumda olmasından xəbər verir.

 

Təklif edirəm: Təcili olaraq əhalinin, xüsusən də risk qrupunun, buraya xəstəxanalarda müalicə olunanlar, qapalı müəssislərdə olan məhbuslar, hərbi qulluqçular və digərləri aiddir, testdən keçirilməsini təşkil edəsiniz. Virusla bağlı vəziyyət və görülən tədbirlər barədə məlumatları operativ olaraq əhaliyə çatdırasınız. Hadisələrin nəzarətdən çıxmasının qarşısını almaq üçün digər zəruri tədbirlər görəsiniz”.

 

Vaqif Qarayev: “Brifinq bitdi. Şəxsən məni narahat edən bir neçə məlumat səsləndirildi orda. Birini deyəcəm - yoluxanların yaş qrupu- 29-50 yaş! Ona görə 65+ yaşa çox köklənməyək! Amma yaşlı insanları mütləq qorumalıyıq.

 

Anlaşılan budur ki, virusun idxalı dayandırılıb, əslində, sərhədlər bağlanandan sonra, bu çətin məsələ deyildi. Kənardan gələnləri karantinə almaqla bu işin öhdəsindən gəlinib! Amma ölkə daxilində virusun "gəzişməsi" təhlükəlidir, çox təhlükəli. Ona görə son karantin qərarını dəstəkləyək. Böyük ehtimalla, daha sərt qərarlara şahid olacağıq. Özümüzü qoruyaq!”.

 

İqbal Ağazadə: "Dövlət karantin müddətində iri marketlərlə müqavilə imzalayıb sosial marketlər yaratmalıdır. İqtisadi İnkişaf Nazirliyi dövlət büdcəsi hesabına ərzaqlar almalı, sosial mağazalarda maya dəyərindən aşağı qiymətlərlə satışını təşkil etməlidir ki, əhalinin aztəminatlı hissəsi müdafiəsiz qalmasın.

 

Yaradılan fonda daxil olan vəsaitlərdən də bu məqsəd üçün istifadə etmək olar. Hər halda bunun üçün mənbəələr var. Səlahiyyətli dövlət qurumları üçün maraqlı olarsa, Ümid Partiyası bu məsələ ilə bağlı tam proqram təqdim etməyə hazırdır. Nəzərə almalıyıq ki, mövcud qiymətlər aztəminatlı ailələrin vəziyyətinə çox pis təsir göstərir. Bir neçə gündən sonra vəziyyət daha mürəkkəb ola bilər".

 

Aygün Muradxanlı: “Çində camaat bayıra çıxmasın deyə, axırda blokları “svarkaladılar”. Elə tərk oldu bu zəhrimar. Onsuz da 65 yaşlılar bayıra az çıxır. Daha sərt tədbir gözləyirəm. Fövqəladə vəziyyət elan edilməlidir. Şəhər doludur adamla”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş