Bilik və cəhalət haqqında

Xəbərlər

02.05.2024 - 22:05

Multi-kainatı məhz Uillerin ideyaları sayəsində modelləşdirmək cəhdləri nisbətən mümkün olmuşdu

Biz hər tərəfdən cəhalət dənizi ilə əhatə olunmuş bir adada yaşayırıq. Bilik adası böyüdükcə cəhalətimizin sahilləri də böyüyür…

–John A.Wheeler 
 
Sadəcə yetişdirdiyi tələbələrin siyahısına baxmaqla Con Archibald Uilerin (ing. John Archibald  Wheeler, 1911-2008) nə qədər böyük bir alim olduğunu görmək mümkündür. 20-ci əsrin ən məşhur fiziklərindən Riçard Feynman, Kip Torn, Yaakov Bekenşteyn, Hyu Everett bunlara misaldır.
 
Görkəmli amerikalı nəzəriyyəçi fiziki C.Uiler elmi terminologiyaya salınmış Qara Dəlik (Black Hole) və Köstəbək Dəliyi (Wormhole) kimi terminlərin müəllifidir.

Uiler Albert Eynşteynin həyatda olan son həmkarı idi.
O, Eynşteynin spekulyativ konstrukt adlandırdığı Qara Dəliklər ideyasını inkişaf etdirdi.

Con Uilerə görə, Qara Dəliklər içində materiya olan “quyular” deyil, maksimum entropiya vəziyyətində əldə edilə bilinməyən məlumatlardır.

Multi-kainatı məhz Uillerin ideyaları sayəsində modelləşdirmək cəhdləri nisbətən mümkün olmuşdur. Fizika hələ də Böyük Partlayışın baş verdiyi ilkin parametrlərin nə üçün həyat və şüurun yaranmasına uyğun olduğu sualına cavab vermir. Üstəlik, nə üçün fiziki sabitlərin xüsusi dəyərlərinin maddənin qalaktikalar, ulduzlar və planetlər şəklində konsentrasiyasına səbəb olduğu, lakin bütün maddələrin qara dəliklərə ani bir şəkildə yapışmasına səbəb olmadığı da aydın deyil…

Müəllif: İbrahim Nəbioğlu