Ölkə ərazisinə leysan yağıb

Xəbərlər

17.08.2025 - 11:46

Bu günə olan faktiki hava açıqlanıb

Avqustun 17-si saat 9:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb. AYNA.AZ bu barədə Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.

Düşən yağıntının miqdarı Qubada 21, Lənkəranda 11, Qusarda 10, Şahdağda 9, Balakən, Şəkidə 8, Astara, Neftçala, Şabran, Cocuqmərcanlıda 6, Biləsuvarda 5, Qax, Yardımlı, Lerikdə 4, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Oğuz və Qəbələdə 3, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Qobustan, Sabirabad, Cəfərxan, Beyləqan, Zaqatala, Altıağac, Ağdam, Zərdabda 1 mm-dək qeydə alınıb.

Kəlbəcər, Laçın, Qrız, Şahdağ, Lerik və Şəkidə duman muşahidə olunub. Dumanda görünüş 500 metrədək məhdudlaşıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş