Oğuzda meşədə ağacları kəsənlər barəsində tədbir görülüb

Xəbərlər

16.12.2023 - 09:34

Meşə massivindən ağacları qanunsuz olaraq kəsən 2 nəfər müəyyən olunub

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ağackəsmə hallarının qarşısının alınması məqsədilə nəzarət tədbirləri keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AYNA-ya verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində rayonun Filfilli kəndindəki meşə massivindən ağacları qanunsuz olaraq kəsən 2 nəfər müəyyən olunub.

Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək qərar olunması üçün 7 saylı Regional

Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş