Oğuzda avtomat və qumbaralar aşkarlanıb

Xəbərlər

22.03.2024 - 09:28

DİN-in Mətbuat Xidməti məlumat yayıb

Oğuzda avtomat və qumbaralar aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AYNA-ya verilən məlumata görə, Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə rayon ərazisindən 4 ədəd qumbara, 1 ədəd “Kalaşnikov” avtomatı, həmin silaha məxsus 30 ədəd patron və daraq aşkar olunub.

Müəllif: Ayna.az