Qəzada ağır xəsarət alan azyaşlı xəstəxanada vəfat edib
Oğuzda ağır yol qəzasında ölənlərin sayı artıb. AYNA-nın “Report”a istinadən məlumatına görə, günorta saatlarında baş verən qəza zamanı ağır xəsarət alan yaralılardan biri, 2018-ci il təvəllüdlü Eldar Elmar oğlu Məmmədov müalicə aldığı Şəki Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.
Qeyd edək ki, hadisə bu gün günorta saatlarında Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 129-cu kilometrliyində, Oğuz rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Şəki şəhər sakini Elmar Eldəniz oğlu Məmmədov idarə etdiyi “Reno Meqan" markalı, 99 NL 192 dövlət nömrə nişanlı minik avtomobil ilə Şəkidə Oğuz istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını aşırıb.
Qəza zamanı avtomobilin sürücüsü Elmar Məmmədov və avtomobildə sərnişin qismində olan baldızı, 2003-cü il təvəllüdlü Xadicə Ağəli qızı İsmayılova aldığı ağır xəsarətlərdən hadisə yerində ölüblər. Faktla bağlı araşdırma aparılır.