Oğuzda 57 yaşlı kişi evində ölü tapılıb

Xəbərlər

28.01.2024 - 01:42

Elşən İbrahimov həmin mənzildə tək yaşayırmış

Oğuzda 57 yaşlı kişi evində ölü tapılıb. AYNA-nın "Report"a istinadən  məlumatına görə, hadisə Oğuz şəhər ərazisində yerləşən həyət evlərindən birində qeydə alınıb.

Belə ki, həmin ünvanda tək yaşayan 1967-ci il təvəllüdlü Elşən Ənvər oğlu İbrahimovdan bir neçə gün xəbər gəlmədiyi üçün yaxınlar polisə müraciət ediblər. Evə baxış zamanı 57 yaşlı E.İbrahimovun meyiti aşkar olunub.

Məlumata görə, E.İbrahimov evdə tək yaşayıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş