Ödənişli yolda qəza olub, ölən və yaralanan var

Hadisə

13.01.2024 - 17:56

Həkimlər Klinikalar SEO Xidməti

Sürücü Cəfər Həsənov aldığı xəsarətlərdən yerindəcə keçinib

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli yolunun Şabrandan keçən hissəsində ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

AYNA-nın "Report"a istinadən məlumatına görə, "BMW" markalı avtomobil ödənişli yolda idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza nəticəsində sürücü Cəfər Həsənov aldığı xəsarətlərdən yerindəcə keçinib.

Avtomobildə olan digər sərnişinlər - 2002-ci il təvəllüdlü Emin Xudiyev, 2003-cü il təvəllüdlü Nərmin Təhməzova, 1998-ci il təvəllüdlü Qocayeva Leyla müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar xəstəxanaya çatdırılıb. Ölən və xəsarət alanların hamısı Bakı şəhər sakinidirlər.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş