Minlərlə manat oğurlanıb
Bakının Suraxanı rayonunda ödəmə terminalından 5 min manat oğurlanıb.
AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.
Qeyd olunub ki, polislərin həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 32 yaşlı İlham Rəhmanov müəyyən olunaraq saxlanılıb.