Obama söz verdi: “Harrisin qalib gəlməsi üçün əlimizdən gələni edəcəyik”

Dünya

26.07.2024 - 15:57

Həkimlər Klinikalar SEO Xidməti

“Mişel və mən sizinlə birlikdə olmaqdan qürur duymaya bilməzdik”

ABŞ-ın keçmiş Prezidenti Barak Obama və xanımı Mişel prezidentlik yarışında Demokratlar Partiyasının namizədi, vitse-prezident Kamala Harrisin namizədliyini dəstəklədiklərini açıqlayıblar.

AYNA xarici mediaya istinadən bildirir ki, onlar Harrisin qalib gəlməsi üçün mümkün olan hər şeyi edəcəklərinə söz veriblər.

“Mişel və mən sizinlə birlikdə olmaqdan qürur duymaya bilməzdik və sizi bu seçkilərdən keçərək Oval Ofisə daxil etmək üçün əlimizdən gələni edəcəyik”, – Obama deyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş