NYT: "Xamneyi İsrailə zərbə endirmək əmri verib"

Dünya

01.08.2024 - 01:19

Həkimlər Klinikalar SEO Xidməti

Bu qərar Haniyənin Tehranda öldürülməsinə cavab olaraq verilib

İranın mənəvi lideri Əli Xamneyi Fələstinin radikal HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda qətlə yetirilməsinə cavab olaraq İsrailə birbaşa zərbə endirilməsi əmrini verib.

AYNA xəbər verir ki, bununla bağlı “New York Times“ qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Qəzetin mənbələri iddia edir ki, bu qərar HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsinə cavab olaraq verilib.

Onların versiyasına görə, əmr iyulun 31-i səhər saatlarında verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş