Nüfuzlu aviaşirkət iflasın bir addımlığındadır

Dünya

27.05.2020 - 12:50

Həkimlər Klinikalar SEO Xidməti

“Boeing” 2,5 min işçisini könüllü ödənişsiz məzuniyyət adı ilə  işdən çıxarıb

 

ABŞ-ın nüfuzlu aviaşirkəti olan “Boeing” şirkəti pandemiya ilə əlaqədar işçilərini müvəqqəti işdən azad edib. AYNA xarici mediaya əsasən xəbər verir ki, “Boeing” 2,5 min işçisini könüllü ödənişsiz məzuniyyət adı ilə  işdən çıxarıb.

 

Məlumatda bildirilir ki, pandemiya ilə əlaqədar iflas vəziyyətinə gələn bir çox aviaşirkətlər kimi “Boeing”də də, problem tək işçilərə kompensasiyanın ödənilə bilməməsi deyil. Güman olunur ki, şirkətin əsas ofisi də bağlana bilər.

 

“Boeing” bu il təyyarə alınmasının azalması fonunda işçilərin ümumi sayının təxminən 10 faizini azaltmağı düşünür. “Artıq aviaşirkətlər sərnişin axınının azalması səbəbindən yeni təyyarələr almır, aprel ayında şirkət təyyarə tədarükü üçün heç bir sifariş almadı”, şirkətdən verilən açıqlamada deyilir.

 

Qeyd edək ki, “Boeing” geniş mülki və hərbi təyyarə istehsal edir, kosmik proqramlar hazırlayır. “Boeing” strukturunda iki böyük birlik var. Onlardan biri, mülki təyyarələrin inşası ilə məşğul olan “Boeing” Ticarət təyyarələri, digəri isə kosmik və hərbi proqramları həyata keçirən İnteqrasiya Müdafiə Sistemləridir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş