Nobel Sülh Mükafatının laureatı bəlli oldu

Dünya

11.10.2024 - 14:15

Həkimlər Klinikalar SEO Xidməti

Mükafatın Yaponiyanın Nihon Hidankyo təşkilatına verilməsi barədə qərar qəbul edilib

Nobel Sülh Mükafatının laureatı məlum olub. AYNA xarici mediaya istinadən xəbər verir ki, Norveç Nobel Komitəsi 2024-cü il Nobel Sülh mükafatının Yaponiyanın Nihon Hidankyo təşkilatına verilməsi barədə qərar qəbul edib.

Komitənin əsaslandırma bəyanatında deyilir ki, hərəkat “nüvə silahlarından azad bir dünyaya nail olmaq üçün göstərdiyi səylərə görə” və “nüvə silahından heç vaxt istifadə edilməməli” olduğunu nümayiş etdirdiyinə görə mükafatlandırılıb.

Qeyd edək ki, Xirosima və Naqasakiyə atom bombası atılmasından sağ çıxanların yaratdığı bu hərəkat Hibakuşa adı ilə də məşhurdur. Hərəkat Sülh üzrə Nobel mükafatına nüvə silahından azad, sülh içində bir dünyanın yaradılması sahəsində göstərdiyi, o cümlədən nüvə silahından bir daha heç vaxt istifadə edilməməsinin vacibliyini şahid ifadələri ilə nümayiş etdirdiyinə görə layiq görülüb.

Nobel Sülh Mükafatının laureatı bəlli oldu
Müəllif: Ayna.az