“Nobel komitəsi siyasi struktura çevrilib” - <font color=red> Ərdoğan</font>

Dünya

11.12.2019 - 09:35

Həkimlər Klinikalar SEO Xidməti

Türkiyə Prezidenti Nobel mükafatı haqda fikirlərini bildirib 

 

"Nobel komitəsi siyasi və ideologiyaya əsaslanan struktura çevrilib. Mənim üçün bu mükafatın heç bir dəyəri yoxdur".

 

AYNA "Report"a istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2019-cu il üzrə Nobel mükafatının Avstriya yazıçısı və dramaturqu Piter Handkeyə verilməsini şərh edərkən deyib.

 

Türkiyə liderinin sözlərinə görə, əgər ədəbiyyat üzrə Nobel mükafatı ksenofobiya baxışları olan insana verilirsə, o, bütün dünyada insan hüquqlarını pozanların mükafatı olacaq.

 

"Bu mükafatın verilməsi mərasimində Türkiyə nümayəndələri olmayacaq. Belə cinayətkarın mükafatlandırılmasında iştirak etmək cinayətin şəriki olmaq deməkdir", - dövlət başçısı bildirib.

 

Ərdoğan əlavə edib ki, əgər nə vaxtsa onu Nobel mükafatı ilə təltif etsələr, bu mükafatdan imtina edəcək.

 

Qeyd edək ki, Albaniya, Türkiyə, Xorvatiyanın səfirləri Nobel mükafatının təqdim edilməsi mərasimini boykot ediblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş