Nijni Novqorod vilayətində yol qəzasında 3 nəfər ölüb

Dünya

28.09.2024 - 23:16

Həkimlər Klinikalar SEO Xidməti

Rusiyanın Nijni Novqorod vilayətinin Turtapka kəndi yaxınlığında iki avtomobilin toqquşması nəticəsində üç nəfər ölüb.

AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat verib.

“Nijni Novqorod vilayətində iki avtomobilin Turtapka kəndi ərazisində toqquşması nəticəsində 3 nəfər ölüb”, – məlumatda deyilib.

Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları işləyir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş