Nigeriyada qayığın batması nəticəsində 27 nəfər ölüb

Dünya

30.11.2024 - 16:34

Həkimlər Klinikalar SEO Xidməti

Nigeriyada Niger çayında qayığın batması nəticəsində 27 nəfər ölüb. Bu barədə AYNA-ya “Əl-Cəzirə” telekanalına istinadən xəbər verir.

200-ə yaxın sərnişini daşıyan qayıq noyabrın 28-də hərəkət edərkən çevrilib.

Niger ştatının Fövqəladə Hallar üzrə Dövlət Agentliyinin sözçüsü İbrahim Audunun sözlərinə görə, sərnişinlərin yarıdan çoxu itkin düşüb. Noyabrın 29-u axşam saatlarında xilasedicilər 27 nəfərin meyitini çaydan çıxara biliblər.

Hadisənin səbəbləri hələlik məlum deyil, lakin güman edilir ki, qayıq çaydakı yüksək dalğalanma və ya texniki nasazlıqlar səbəbindən batmış ola bilər. Ştat rəsmiləri hesab edir ki, qayıqda olan sərnişinlərin heç birində xilasedici jiletlərin olmaması insan tələfatına səbəb olub.

Nigeriya Milli Fövqəladə Hallar Agentliyinin əməliyyatlar rəhbəri Castin Uvazurunye qeyd edib ki, xilasedicilər bir neçə saat ərzində qəzanın yerini müəyyən edə bilməyib:

"Xilasetmə işləri davam edir, lakin sağ qalanları tapmaq şansı azalır".

Müəllif: Ayna.az