Netanyahu Uitkoffa xəbərdarlıq edib: "İranın vədlərinə etibar etmək olmaz"

Dünya

04.02.2026 - 12:33

Baş nazirlə Trampın xüsusi nümayəndəsinin görüşündə əsas müzakirə mövzuları Qəzza ilə bağlı nizamlama və İran ətrafındakı vəziyyət olub

İsrail Baş naziri Binyamin Netanyahu ilə ABŞ Prezidentinin sülhməramlı missiyalar üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff arasında Qüdsdə keçirilən görüşdə əsas müzakirə mövzuları Qəzza zolağı ilə bağlı nizamlama və İran ətrafındakı vəziyyət olub. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisindən bildirilib.

Ofis bildirib ki, "Baş nazir HƏMAS-ın tərksilah edilməsi, Qəzza zolağının silahsızlaşdırılması və Qəzza zolağının yenidən qurulmasından əvvəl müharibənin məqsədlərinə tam nail olmaq tələbini təkrarlayıb".

Məlumatda qeyd olunur: “Netanyahu Uitkoffla söhbəti zamanı Fələstin Muxtariyyətinin heç bir halda zolağın idarə olunmasında iştirak etməyəcəyini söyləyib və ABŞ səfiri Mayk Hakabiyə Qəzza zolağında aşkar edilmiş ciddi qanun pozuntuları - silahları gizlətmək üçün UNRWA (Yaxın Şərqdə Fələstin Qaçqınları üçün Yardım və İşlər Agentliyi) torbalarından istifadə barədə məlumat verib".

Tərəflər həmçinin regionda artan gərginlik fonunda İran ətrafındakı vəziyyəti müzakirə ediblər.

"Uitkoffun İran nümayəndəsi ilə görüşmək üçün səfərindən əvvəl Baş nazir öz mövqeyini vurğuladı: İran dəfələrlə sübut edib ki, vədlərinə etibar etmək olmaz", - deyə qeyd olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş