Netanyahu nazirlərə qadağa qoydu

Dünya

09.09.2024 - 11:48

Həkimlər Klinikalar SEO Xidməti

Onun icazəsi olmadan Məbəd dağını ziyarət etməyəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu Qüdsdəki Məbəd dağındakı status-kvonun müqəddəsliyini bir daha təsdiqləyib və nazirlərin əvvəlcədən icazə almadan abidəni ziyarət etmələrini qadağan edib.

AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb.

“Nazirlər Netanyahudan əvvəlcədən icazə almadan Məbəd dağına çıxmamalıdırlar”, - bəyanatda deyilir.

Bundan əlavə, Baş nazir "Məbəd dağı ilə bağlı status-kvoda hər hansı dəyişiklik yoxdur və olmayacaq", deyə bildirib.

Netanyahu bu bəyanatları sentyabrın 8-də axşam Nazirlər Kabinetinin iclası başlamazdan əvvəl verib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş