Netanyahu: "İsrail həm müdafiə olunmağa, həm də hücum etməyə hazırdır"

Dünya

08.08.2024 - 00:29

Həkimlər Klinikalar SEO Xidməti

Baş nazir: "İsrail düşmənlərinə zərbələr endirir"

İsrail ordusu həm müdafiə olunmağa, həm də hücum etməyə hazırdır.

AYNA TASS-a istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu Təl-Əviv şəhəri ətrafındakı Təl ha-Şomer hərbi bazasına səfəri zamanı orduya yeni çağırılanlara müraciətində deyib.

O bildirib ki, İsrail düşmənlərinə zərbələr endirir və özünü müdafiə etməkdə qərarlıdır.

Xatırladaq ki, daha əvvəl “Al Arabiya” telekanalı İranın və Livanın “Hizbullah” hərəkatının HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Həniyənin Tehranda öldürülməsinə qarşılıq verəcəyini gözlədiyini bildirmişdi. İran İsrailə hücum zamanı Qüds və Təl-Əvivdəki hökumət binalarını, o cümlədən Baş nazir Benyamin Netanyahunun ofisini və parlamenti vurmağı planlaşdırır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş