“İsrailə qarşı hər hansı hərəkətin sərt cavabı olacaq”
İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin İranın son zamanlar təlimlər keçirməsindən xəbərdar olduğunu bildirib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Netanyahu Yunanıstan və Kipr liderləri ilə birlikdə Yerusəlimdə keçirilən mətbuat konfransında deyib ki, “bunu izləyirlər və bütün lazımi hazırlıqları görürlər”.
O qeyd edib ki, Tehranın nüvə fəaliyyəti ABŞ Prezidenti Donald Trampla müzakirə olunacaq.
“Bunu İrana açıq şəkildə çatdırmaq istəyirəm: İsrailə qarşı hər hansı bir hərəkət çox sərt cavabla qarşılanacaq”, – Netanyahu xəbərdarlıq edib.