“Tehran nüvə proqramını digər obyektlərdə yenidən qurmağa çalışır”
“İran ballistik raket istehsalını bərpa edib”. AYNA.AZ bildirir ki, bu sözləri İsrailin Baş naziri Benyamin Netanyahu “Fox News” telekanalında yayımlanan müsahibəsində deyib.
“Hər iki sahədə onları əhəmiyyətli dərəcədə geri çəkmişik. Lakin onlar yenidən cəhd göstərəcəklər”, - deyə bildirib.
Netanyahunun sözlərinə görə, İranın Fordodakı nüvə obyektinin məhv edilməsindən sonra Tehran nüvə proqramını digər obyektlərdə yenidən qurmağa çalışır.
O əlavə edib ki, İran eyni zamanda, ballistik raketlərin istehsalı üçün nəzərdə tutulan obyektləri də bərpa etməyə çalışır və artıq istehsala qayıdıb.