Professor Füzuli xəstəxanasına yerləşdirilib
Müsavat Partiyasının 125 saylı Zəngilan-Qubadlı seçki dairədindən deputatlığa namizədi, professor Nəsiman Yaqublu Zəngilandan seçicilərlə görüşdən qayıdarkən ağır yol qəzasına uğrayıb. AYNA xəbər verir ki, bu barədə Müsavatın Ali Məclisinin sədri Arif Hacılı bildirib.
Hacılı “Facebook” səhifəsində yazıb ki, ilkin məlumata görə N.Yaqublu Füzuli xəstəxanasına yerləşdirilib.
“Qəzanın səbəbləri, hadisənin mahiyyəti, Nəsiman bəyin sağlıq durumu barədə məlumatları dəqiqləşdirdirməyə çalışırıq. Rəsulzadə və Cümhuriyyət irsinin tədqiqatçısı, istiqlal məfkurəsinin daşıyıcısı olan görkəmli ziyalımıza tezliklə şəfalar diləyirik. Allah qorusun!”, - deyə A.Hacılı qeyd edib.