Nərminin qətli ilə bağlı yeni xəbər

Xəbərlər

27.04.2021 - 15:18

Azyaşlının qətli ilə bağlı cinayət işi məhkəməyə göndərilib

 

Tovuz rayonunun Dondar Quşçu kənd sakini azyaşlı Nərmin Quliyevanın qəsdən öldürülməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə istintaqı aparılan cinayət işi üzrə istintaq yekunlaşdırılıb.

 

Baş Prokurorluğun Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, həmin cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib. Ona Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3-cü (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.

 

Cinayət işi aidiyyəti üzrə baxılması üçün aprelin 26-da Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Müəllif: Ayna.az