Onun barəsində cinayət qanunvericiliyinə uyğun prosessual tədbirlər davam etdirilir
Metronun “Nərimanov” stansiyasında aktiv koronavirus xəstəsi aşkarlanaraq saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuar Xidmətindən AYNA-ya bildirilib ki, 1998-ci il təvəllüdlü Quliyev Şərəf saxlanılıb.
Bakı Metropolitenində Polis Şöbəsi əməkdaşları tərəfindən aktiv koronavirus xəstəsinin müalicə təyin olunan ünvana yerləşdirilməsi təmin olunub.
Onun barəsində cinayət qanunvericiliyinə uyğun prosessual tədbirlər davam etdirilir.