Nepalda çevriliş: Baş nazir istefa verib

Dünya

09.09.2025 - 16:02

Etirazlarda toqquşmalar: parlament binası yandırılıb

Nepal hökumətin  sosial medianın bloklanması qərarına etirazlar nəticəsində Baş nazir devrilib. AYNA.AZ “Reuters”ə istinadən xəbər verir ki, Nepalın baş nazirinin istefa verib.

“India Today”in məlumatına görə, rəsmiləri təxliyə etmək üçün hətta Bhaisepatinin iqamətgahından Tribhuvan hava limanına təxminən on helikopter uçub.

Qeyd edək ki, sentyabrın 7-də hökumət “Facebook”, “Instagram” və “YouTube” daxil olmaqla 26 sosial şəbəkəyə girişi bloklamaq qərarına gəlib. Bu qərar korrupsiya ilə bağlı yaranmış narazılıqla birləşərək insanları küçələrə çıxarıb.

Sentyabrın 8-də etirazlar iğtişaşlara çevrilib. Etirazlar zamanı 19 nəfər həlak olub. Xəsarət alanların sayı 500-ü keçib.

Katmanduda polis parlamentə basqın etməyə çalışan etirazçılara qarşı gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib. Etirazçılar parlament binasını yandırmağa müvəffəq olublar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş