Nəinki məscidlərə, heç öz kilsələrinə hörmət göstərməyənlər Ərdoğana hirsləniblərmiş...

Aktual

15.07.2021 - 14:05

Türkiyə liderindən narazı qalan ermənilər öz ibadətgahlarını məhv edirlər

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İstanbuldakı erməni kilsəsinin təhqir olunmasına reaksiyası erməni təbliğatında od püskürməsinə səbəb oldu. Beləliklə, “Baqramyan 26” “Telegram” kanalı Türkiyə liderinin sözlərini nümunə göstərmək əvəzinə yerli məscidlərlə bağlı olduqca gülünc bəhanələr gətirməklə yanaşı, Azərbaycan hakimiyyətinin Qarabağdakı erməni kilsələrini dağıtdığına dair bir iddia səsləndirdi.

 

Sən demə, 1993-cü ildə bu bölgənin işğalından sonra ermənilər Ağdamdakı məscidi sağ-salamat saxlayıblarmış. Ermənilərin Ağdam məscidinin başına nə oyun gətirdikləri barədə AYNA-ya ayrıca yazımız yayımlanmışdı.

 

Bundan əlavə, “Baqramyan 26” Şuşada erməni işğalı zamanı “bərpa edilmiş” bir məscidi də nümunə gətirir. Xatırladaq ki, “bərpa” zamanı məscidin orijinal görünüşü məhv edilib. Bundan əlavə, savadsız təbliğatçılar “bu məscidi İran mədəniyyətinin bir hissəsi hesab edərək qardaş İran mədəniyyətinə başqa cür münasibət göstərə bilmədiklərini” iddia edirlər, baxmayaraq ki, bu dini tikili artıq Qarabağ Rusiya imperiyasına daxil edildikdən sonra tikilib.

 

Yeri gəlmişkən, bəs Qarabağdakı erməni işğalı zamanı donuz fermasına çevrilmiş digər məscidlər barədə nə demək olar? Bu, həm də müsəlman inancına və mədəniyyətinə “hörmət”in təzahürüdürmü?!

 

Erməni təbliğatçıları 1988-ci ildə İrəvanda Dəmirbulaq məscidinin darmadağın edildiyini xatırlamalıdırlar. Ermənistandakı digər məscidlərin də aqibəti acınacaqlıdır. Beləliklə, İrəvanın Kondun bölgəsində Sovet illərində yaşayış binasına çevrilən Tapabaşı məscidi (1687-ci il tarixli) var.

 

İrəvandakı XIX əsrdə tikilmiş Abbas Mirzə (Sərdar) məscidinin yalnız divarının kiçik bir parçası qalıb. Digər bir məscid Andokavan kəndində (17-18-ci əsrlərə aiddir), digəri Zorakertdə (19-20-ci əsrlərə aiddir) yerləşir. Hər iki ibadət yeri məhv olmaq ərəfəsində olduqca pis vəziyyətdədir.

 

Azərbaycan və Türkiyəni kilsələri təhqir etməkdə günahlandıraraq, erməni təbliğatının ermənilərin öz müqəddəs yerlərinə münasibətlərinə diqqət yetirməsi zərər verməz. Erməni mətbuatının yazdığına görə, UNESCO-nun Dünya İrsi Siyahısına daxil olan Sanahin monastır kompleksinin ərazisi ibadətgahların hətta ağaclar tərəfindən işğal edildiyi bir vəziyyətdədir. Geghardavank monastırının yerləşdiyi ərazi isə zibilliyə çevrilib. Bundan əlavə, İrəvanın ən böyük kilsəsi olan Müqəddəs Qriqori İlluminator Kilsəsinin birinci mərtəbəsi tualetə çevrilib.

 

Bu çirkin faktlara baxmayaraq, “Baqramyan 26” kanalı Azərbaycandakı “kilsələrin acınacaqlı vəziyyətindən” təəssüflənir...

Müəllif: Asif Aydınlı