Neftin qiyməti bahalaşıb

İqtisadiyyat

06.04.2022 - 11:13

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycan neftinin bir bareli 111,62 dollara satılır

Dünya birjalarında neft qiymətləri artıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,64 dollar bahalaşaraq 107,28 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,37 dollar artaraq 102,33 dollar olub.

Azərbaycan neftinin qiyməti isə ucuzlaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,82 dollar azalaraq 111,62 dollar olub.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99) qeydə alınmışdı.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş