Bazarımızın 72 faizi rusun əlindədir – <font color=red> ŞİRİN İSTİLA</font>

İqtisadiyyat

22.11.2019 - 13:19

Həkimlər Klinikalar SEO Xidməti

Yanvar-sentyabr aylarında Azərbaycana 30.4 milyon dollar dəyərində şokolad idxal edilib ki, bunun da böyük hissəsini Rusiya məhsulları təşkil edir

 

Yerli mağazaların vitrinlərində müxtəlif ölkələrin şokoladlarını tapa bilərsiniz, ancaq Azərbaycanın istehsal etdiyi plitka şokoladları tapmaq asan deyil. Düzdür, yerli şokaladlar var, lakin onlara böyük tələbat olduğunu söyləmək olmaz.

 

Rəsmi statistikaya görə, 2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycana 30 milyon 418 min dollar dəyərində şokolad idxal edilib. Yanvar-sentyabr aylarında Azərbaycana 30 milyon 418.78 min dollar dəyərində 12.164 min ton şokolad idxal edilib, 2018-ci ilin eyni dövrü ilə müqayisədə kəmiyyət baxımından idxal 6.9%, dəyəri isə 13% artıb.

 

Azərbaycana şokoladın əsas ixracatçısı Rusiyadır. Xüsusilə, 2019-cu ilin 9 ayı ərzində Rusiya Federasiyasından 20 milyon 469.29 min dollar (artım 22.3%) miqdarında, 8.802 min ton şokolad (artım 16.9%) idxal edilib. Ümumiyyətlə, 2019-cu ilin yanvar-sentyabr aylarında Rusiya Federasiyasından Azərbaycana şokolad idxalı ümumi idxalın 72,3%-ni təşkil edib.

 

Azərbaycana digər şokolad tədarükçüsü Ukraynadır. Yanvar-sentyabr ayları ərzində Ukraynadan 2 milyon 900,56 min dollar dəyərində, 1,558 min ton məhsul idxal edilib.

 

Davamlı İnkişaf Tədqiqatları Mərkəzinin sədri Nəriman Ağayev AYNA-ya açıqlamasında, dünyada şokolad biznesinin bir neçə böyük şirkətin əlində cəmləşdiyini deyib: “Bəzi ölkələrdə şokoladın əsas maddəsi olan kakao paxlasına sahib olmaq uğrunda mübarizə gedir. İndi istehsalçıların əksəriyyəti şokalad istehsalında daha çox fərqli əlavələrdən, xüsusən bitki yağı, soya komponentləri və digər dadlardan istifadə edir. Bu isə onun maya dəyərini azaldır, lakin keyfiyyətini itirir”.

Elya Belskaya