Neftin qiyməti bahalaşıb

İqtisadiyyat

19.11.2021 - 13:14

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycan neftinin bir bareli 82,62 dollara satılır

Dünya birjalarında neftin qiyməti bahalaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,80 dollar artaraq 82,04 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,76 dollar bahalaşaraq 79,77 dollar olub.

Azərbaycan neftinin qiyməti isə ucuzlaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,64 dollar azalaraq 82,62 dollar olub.

Qeyd edək ki, neftin müvəqqəti profisit ehtimalının mövcudluğu səbəbindən dünya bazarlarında neft ucuzlaşmaqdadır.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti oktyabrın 25-də (88,19) qeydə alınmışdı.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş