Mal-qara arasında yoluxucu xəstəliklər yayılıb, insanlara da keçə bilər

İqtisadiyyat

12.12.2019 - 16:02

Həkimlər Klinikalar SEO Xidməti

Ekspert xəstəliyin yayılmasında müvafiq dövlət qurumunu, rəsmi qurum isə fermerləri günahlandırır

 

“Bölgələrdə heyvandarlıqla məşğul olan insanların tez-tez şikayətlərini dinləyirik. Bizim bölgələrə səfər etməkdə məqsədimiz əslində bitkiçiliklə bağlı iş aparmaq idi, amma heyvandarlıqla məşğul olan fermerlər bizə şikayət etdilər ki, son vaxtlar mal-qara arasında nodulyar dermatit, qarayara (Sibir yarası, bədxassəli çiban kimi də tanınır - red.), bruselyoz (Malta qızdırması, dalğalı qızdırma, Ağdəniz qızdırması adı ilə də tanınır - red.) kimi xəstəliklər yayılıb, çarəsiz qalıblar”.

 

Bu barədə AYNA-ya kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov açıqlama verib. Onun sözlərinə görə, bölgələrdə Aqrar İnkişaf mərkəzləri var: “Şikayətçi fermerlər deyirlər ki, “biz bu mərkəzlərə müraciət edirik, amma bizə cavab verirlər ki, bu problem Sovet zamanından qalıb, davam edir”. Yəni problemin qarşısını almaq imkanları yoxdur”.

Raminə Eyvazqızı

Pin up casino Pin-up casino giriş