“Neftçi” “Fənərbağça” ilə qarşılaşacaq

İdman

15.07.2023 - 14:19

Oyun Rusiyada keçiriləcək

Yeni mövsümün hazırlığını Rusiyada davam etdirən Bakının “Neftçi” futbol klubu “Match TV” beynəlxalq turniri çərçivəsində bu gün sonuncu oyununa çıxacaq.

AYNA xəbər verir ki, Bakı təmsilçisi Türkiyənin “Fənərbağça” komandası ilə qarşılaşacaq.

"Smena" stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.

 “Neftçi” klubu ilk matçda “Zenit”ə (Rusiya) 1:3, “Srvena Zvezda”ya (Serbiya) 0:4 hesabı ilə uduzub.

Yeni mövsümdə Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək paytaxt klubu ikinci təsnifat mərhələsində "Jelezniçar" (Bosniya və Herseqovina) – "Dinamo" (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq. İlk görüş iyulun 27-də səfərdə, cavab matçı isə avqustun 3-də "Bakcell Arena"da keçiriləcək.

Müəllif: Ayna.az