FİFA-nın prezidenti vəzifəsindən uzaqlaşdırılmayacaq

İdman

03.08.2020 - 02:16

İnfantinonun öz səlahiyyətlərini icra etməsinə heç kim mane olmur

 

FİFA prezidenti Canni İnfantino İsveçrə prokurorluğunun onunla bağlı apardığı istintaq müddətində vəzifəsindən uzaqlaşdırılmayacaq. AYNA xarici mediaya istinadən xəbər verir ki, bu barədə FİFA-nın bəyanatında bildirilib.

 

Qeyd edilib ki, C.İnfantinonun öz səlahiyyətlərini icra etməsinə heç kim mane olmur və Prezident özünün qurumdakı vəzifələrini yerinə yetirməyə davam edəcək.

 

Qeyd edək ki, C.İnfantino 2016-cı ilin fevralında FİFA-nın prezidenti seçilib. Bu vəzifədə o, qurumdakı çoxsaylı korrupsiya qalmaqallarından sonra istefa verən Jozef Blatterini əvəz edib.

Müəllif: Ayna.az