Nazirlik əhaliyə xəbərdarlıq edir: Sabahdan...

Xəbərlər

31.03.2020 - 18:21

Həkimlər Klinikalar SEO Xidməti

Çaylarda suyun artacağı istisna olunmur

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq yayıb. AYNA Nazirliyə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında aprelin 2-dən 3-ü səhərədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. 

 

Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Aprelin 2-si günün ikinci yarısından 3-ü səhərədək şimal-qərb küləyinin sürəti 15-20 m /s olacaq, arabir 23 m/s-dək güclənəcək.

 

Azərbaycanın rayonlarında aprelin 1-i günün ikinci yarısından hava şəraitinin dəyişəcəyi, 4-ü axşamadək qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

 

Qərb küləyinin sürəti 2-si gündüzdən 3-ü gündüzədək arabir 15-20 m/s olacaq, ayrı-ayrı yerlərdə arabir 23 m/s-dək güclənəcək.

 

Çaylarda suyun artacağı istisna olunmur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş