Yaşar Gülər: "Əməkdaşlığımızı dərinləşdirmək üçün birgə səylərimiz uğurla davam edir"
Türkiyə hər zaman Azərbaycanın haqlı mübarizəsində yanındadır. AYNA-nın APA-ya verdiyi xəbərə görə, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər bildirib.
O qeyd edib ki, ölkəsi Azərbaycanın keçirdiyi antiterror əməliyyatı və gün bütün Qarabağda şanlı Azərbaycan bayrağının dalğalanmasından böyük məmnunluq hissi duyur: “Strateji müttəfiqliyimizi möhkəmləndirmək və əməkdaşlığımızı dərinləşdirmək üçün birgə səylərimiz uğurla davam edir. Xüsusilə müdafiə sənayesi və hərbi əməkdaşlıq sahələrində sarsılmaz həmrəyliyimizi daha yüksək səviyyələrə çatdırmaq üçün davamlı olaraq çalışırıq”.