Populizm populizmdir, real siyasət isə öz şərtlərini diktə edir

Siyasət

27.02.2020 - 23:07

Prezident İlham Əliyev layihənin işə salınmasından əvvəl bütün diplomatik məsələləri həll edib

 

Fevralın 26-da Prezident İlham Əliyev ABŞ Dövlət Katibinin Enerji Diplomatiyası üzrə müşaviri Kurt Donneli ilə görüşüb. Görüş zamanı İlham Əliyev ABŞ Prezidenti Donald Trampın Cənub Qaz Dəhlizi (CQD) layihəsinin həyata keçirilməsində şəxsi rolunu qeyd edib.

 

“Bütün işlər cədvəl üzrə gedir. ABŞ hökumətinə bu vacib layihəyə davamlı dəstəyinə görə minnətdarlığımı bildirmək istəyirəm. Mən bilirəm ki, Prezident Tramp bu prosesdə şəxsən iştirak edir və onun fəal təmasları əvvəllər üzləşməli olduğumuz bəzi çətinliklərin həllində çox kömək edir " – deyə dövlət başçısı bildirib.

 

Əliyev CQD layihəsinin həyata keçirilməsində hazırda problemlərin olmadığını diqqətə çatdırıb və Azərbaycan-Amerika əməkdaşlığının davam etdiriləcəyinə əminliyini dilə gətirib: “Bundan sonrakı işlər aydındır. Əminəm ki, səmərəli əməkdaşlığımız gələcəkdə də davam edəcək, çünki ABŞ hökuməti bizim layihələrimizi istər neft, istərsə də qaz boru kəmərləri və ya enerji potensialının inkişafı kimi məsələlər olsun, hər bir məsələdə daim dəstəkləyəcək”.

 

Donelli öz növbəsində, CQD layihəsi ilə əlaqədar Müşavirə Şurasının 28 fevral nazirlər toplantısının və bu görüş çərçivəsində aparılan müzakirələrin əhəmiyyətini vurğulayıb.

 

TANAP layihəsi və ya Cənub Qaz Dəhlizi son mərhələdədir. Onsuz da 2018-ci ilin yayında Azərbaycan Türkiyəyə 6 milyard kubmetr qaz verməyə başladı. Layihə başa çatdıqda, Azərbaycan Avropaya daha 10 milyard kubmetr qaz tədarük edəcək.

 

Böyük Britaniyanın (BB) Avropa İttifaqından (Aİ) tam çıxmasından sonra qlobal siyasətdə çox şey dəyişdi. İndi Britaniya və Aİ Azərbaycan üçün vacib olan ayrı-ayrı siyasi və iqtisadi vahidlərə çevrilib. Məsələ burasındadır ki, BP və digər şirkətlər tərəfindən təmsil olunan Azərbaycanda böyük maliyyə maraqlarına sahib olan BB bu və ya digər şəkildə Brüsseldə Azərbaycanı dəstəkləyib himayə edir.

Nicat Hacıyev