Nazir Misirin səfiri ilə görüşüb

Siyasət

11.09.2020 - 21:53

Ceyhun Bayramov Misirə rəsmi səfərə dəvət olunub

 

Xarici İşlər naziri Ceyhun Bayramov Misirin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Adel İbrahimi qəbul edib.

 

AYNA xəbər verir ki, bu barədə XİN-in mətbuat xidməti məlumat yayıb.

 

Nazir Ceyhun Bayramov Azərbaycan və Misir arasında münasibətlərin xüsusi əhəmiyyət kəsb etdiyi qeyd edərək, ölkələr arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə mövcud olan əməkdaşlığı yüksək qiymətləndirib. İki ölkə arasında həm ikitərəfli, həm də çoxtərəfli platformalarda əməkdaşlıq və qarşılıqlı dəstək məmnunluqla vurğulanıb.

 

Misir səfiri Adel İbrahim Misir Ərəb Respublikasının Xarici İşlər naziri Sameh Şukrinin səmimi təbriklərini nazir Ceyhun Bayramovun diqqətinə çatdırıb və naziri Misirə rəsmi səfərə dəvət edib.

Müəllif: Ayna.az