Nazarbayevin nəvəsi Londonda vəfat edib

Dünya

16.08.2020 - 15:02

Həkimlər Klinikalar SEO Xidməti

30 yaşı olan Aysultanın ölüm səbəbi dəqiq deyil

 

Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin nəvəsi Aysultan Londonda vəfat edib. AYNA-nın xarici mətbuata istinadən məlumatına görə, 30 yaşı olan Aysultanın ölüm səbəbi dəqiq deyil. Bir sıra nəşrlər nəvə Nazarbayevin ürək tutması nəticəsində öldüyünü iddia ediblər.

 

Aysultan Nazarbayev Qazaxıstan liderinin böyük qızı Dariqa Nazarbayeva oğludur. O Londonda yaşayırdı.

 

Qeyd edək ki, daha əvvəl Aysultan Nazarbayevin ailəsinin ona təzyiq göstərdiyini söyləyərək, Britaniyadan siyasi sığınacaq istəməsi barədə məlumat verilmişdi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş