Naxçıvanda sərnişin avtobusu aşdı: ölən var

Hadisə

07.07.2020 - 13:06

“İsuzu” qaz borusuna və rabitə dirəyinə çırpılıb

 

Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən xəbərə görə, iyulun 6-da saat 7 radələrində Babək rayonunun Nehrəm qəsəbəsi ərazisində qəsəbə sakini C.Vahabov idarə etdiyi “İsuzu” markalı avtobusu qaz borusuna və rabitə dirəyinə vurub aşırıb.

 

Nəticədə C.Vahabovun sərnişini Yusif Zeynalov hadisə yerində ölüb. Babək Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Müəllif: Ayna.az