Naxçıvanda çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb

Xəbərlər

22.08.2024 - 23:50

cedabet dərman SEO Xidməti

Müəssisənin rəhbəri barəsində inzibati protokol tərtib edilib

Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyin əməkdaşları tərəfindən Babək rayonu, Qahab kəndində fəaliyyət göstərən çörək sexində plandankənar yoxlama aparılıb.

Agentlikdən AYNA-ya bildirilib ki, yoxlama zamanı qida obyektində gigiyena qaydalarına əməl olunmadığı, çirklənməyə qarşı müdafiə tədbirlərinin tətbiq edilmədiyi, zərərvericilərlə mübarizə üçün şərait yaradılmadığı aşkarlanıb. Eyni zamanda, müəssisədə çalışan işçi heyətin tibbi müayinədən keçmədiyi, istifadə olunan alət və avadanlıqların təmizlənməsi üçün ayrıca yuma sahəsinin təşkil edilmədiyi müəyyən olunub. Həmçinin obyektdə dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin də aparılmadığı məlum olub.

Aşkarlanmış nöqsanlarla bağlı müvafiq tədbirlər görülüb, müəssisənin rəhbəri barəsində inzibati protokol tərtib edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş