Naxçıvanda avtomobil yoldan çıxaraq aşıb, sürücü xəsarət alıb

Hadisə

15.09.2024 - 02:15

Həkimlər Klinikalar SEO Xidməti

Xəstəxanaya yerləşdirilən yaralının vəziyyəti ağırdır

Naxçıvan şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib. AYNA “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin Tumbul kəndi ərazisində qeydə alınıb.

Belə ki, Naxçıvan şəhər sakini, 1991-ci il təvəllüdlü Əsgərov Tural Behbud oğlunun idarə etdiyi “Hyundai” markalı avtomobil yoldan çıxaraq aşıb.

Hadisə nəticəsində sürücü ciddi xəsarət alıb. Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanasına yerləşdirilən yaralının vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş