Naxçıvanda 9 yaşlı uşağı elektrik cərəyanı vuraraq öldürüb

Hadisə

06.09.2024 - 21:57

Həkimlər Klinikalar SEO Xidməti

Azyaşlı hadisə yerində dünyasını dəyişib

Naxçıvanda 9 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb. AYNA xəbər verir ki, bu barədə “Report”un yerli bürosuna Naxçıvan Muxtar Respublikası Prokurorluğundan məlumat verilib.

Qeyd olunub ki, bu gün Babək rayon Zeynəddin kəndində 2015-ci il təvəllüdlü H.T-nı yaşadığı evində elektrik cərəyanı vurub və o, hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Babək rayon prokurorluğunda araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş