Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu, <font color=red> zabitimiz yaralandı</font>

Siyasət

20.07.2021 - 09:51

Həkimlər Klinikalar SEO Xidməti

Cavab atəşi ilə qarşı tərəf susdurulub

 

İyulun 19-u saat 23:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.

 

Bu barədə AYNA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

 

Nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Bədəlli Ramal Bəhlul oğlu ayağından yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərilib və o, tibb müəssisəsinə təxliyə olunub.

 

Cavab atəşi ilə qarşı tərəf susdurulub.

 

Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş