NATO Ukrayna üçün islahat tövsiyələrini razılaşdıracaq

Dünya

27.11.2023 - 17:15

cedabet dərman SEO Xidməti

“Müttəfiqlər Ukraynanın NATO-ya üzv olması ilə razılaşırlar”

NATO Xarici İşlər Nazirləri Şurasının noyabrın 28-29-da keçiriləcək iclasında NATO Ukrayna üçün islahat tövsiyələrini razılaşdıracaq. AYNA xarici mediaya istinadən xəbər verir ki, bunu Alyansın baş katibi Yens Stoltenberq deyib.

“Müttəfiqlər Ukraynanın NATO-ya üzv olması ilə razılaşırlar. İclasda biz Kiyevi NATO-ya üzvlük yolunda dəstəkləməyə davam etdiyimiz üçün ukraynalılar üçün islahat tövsiyələrini razılaşdıracağıq”, - deyə baş katib bildirib.

Stoltenberq həmçinin xatırladıb ki, hərbi əməliyyatlar zamanı Ukraynanın Alyansa qəbulu mümkün deyil.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş